Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən, firavan və hər şeydən öncə dinc regiona çevrilməsini istəyir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə deyib.

Erməniəsilli sakinlərin bölgəni tərk etməsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi “etnik təmizləmə” ifadəsini qəbuledilməz olduğunu vurğulayaraq köçün sərbəst şəkildə baş verdiyini diqqətə çatdırıb.