Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyinin və Aİ səfirləri ilə görüşüb.

Bu barədə o, Tviter paylaşımında məlumat verib. 

“Brüssel sülh gündəliyinin davamı olaraq Aİ-nin nümayəndəliyi və Aİ-nin Bakıda akkreditə olunmuş səfirləri ilə səmərəli görüşümüz və fikir mübadiləsimiz oldu”, – paylaşımda qeyd olunur.