Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər:
“Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib”.
Qubadlıda açıq ərazidə yanğın olub – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonu, Xəndək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
FHN ticarət mərkəzində təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 14 ünvanında fəaliyyət göstərən “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Gənclik Mall” ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə belə obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.
Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Bakıda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Bakının Binəqədi rayonunda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
“Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”,- məlumatda qeyd olunub.
Tutumun istismarı dayandırıldı – Video
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonunun Xətai kəndində fəaliyyət göstərən “Toğrul” kiçik müəssisəsinə məxsus maye yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazlarının və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
“Azərişıq” Binə qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir – VİDEO
“Azərişıq” ASC ölkənin bütün regionları ilə yanaşı Bakının ətraf kənd və qəsəbələrində də elektrik təsərrüfatını yeniləyir.
Həyata keçirilən yenidənqurma işləri çərçivəsində Xəzər rayonunda nəzərdə tutulan 27 yeni güc mərkəzindən 20-si artıq quraşdırılıb.
Bir sıra komplekt transformator məntəqələrdə (KTM) son tamamlanma işləri həyata keçirilir. Rayonun 45 minə yaxın abonenti olan Binə qəsəbəsinin də elektrik şəbəkəsi yenidən qurulur. Binə qəsəbəsində 9 ədəd yeni güc mərkəzi layihələndirilib. Bunlardan 5-i tamamlanıb, 4-ündə isə tamamlanma işləri görülür.
Binə Sovxoz ərazisində də tələbata uyğun olaraq yeni güc mərkəzi yaradılır. Qəsəbədə 0,4 və 6 kV-luq elektrik xətləri yenisi ilə əvəzlənir, izolyasiyalı naqillər çəkilir, müasir tipli dayaqlar əkilir, köhnə sayğaclar yenilənir. Bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün 6/10 kV-luq hava xətlərində təmir işləri aparılır.
Abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işlərini ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda paralel şəkildə davam etdirir.
Vətənə anadan gələn xanım… – Video
Real TV-nin rəhbəri Mirşahin Ağayev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə xüsusi reportaj hazırlayıb.
Tanınmış jurnalist reportajda birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan özünəməxsus şəkildə bəhs edib.
Həmin reportajı təqdim edirik:
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub – VİDEO
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.
Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub. Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir.
Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır.
Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib – VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.
Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.
Həmçinin baxın
Bakıda parkinqlə bağlı yeni texniki vasitə – Sürücülər cərimələnir – VİDEO
Ayı ilə əlbəyaxa olan kişinin oğlu danışdı – “Mal-qaranı xilas etmək istəyib” – VİDEO
Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
Bakıda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub – VİDEO
Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib – VİDEO
Azərbaycanın ən böyük elektrik stansiyasına İtaliyadan nəhəng avadanlıq gətirmək üçün yollar qazılmalı oldu – VİDEO
Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir – VİDEO
Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər – VİDEO
Şuşada kamera müşahidəsi aparılır – Şəhəri zibilləyənlər cərimələnəcək – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla