Qazax rayon Polis Şöbəsinin (RPŞ) və Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xİdmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakini Vüsal Mahmudov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 460 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakinləri Rövşən İbrahimov, Ceyhun Abdullayev, Emil Həsənov, Ruslan Alırzayev, Zeynal Zeynalov və Azər Əzizov saxlanılan zaman onlardan qanunsuz yolla əldə edib saxladıqları, müxtəlif bükümlərdə və çəkilərdə “heroin”, “metamfetamin” və digər narkotik vasitələr aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları da aşkar edilərək götürülüb. Beləki, qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakinləri İbrahimov Aydınov və Ayaz Osmanovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı İ. Aydınova məxsus həyətyanı sahədən 9, A. Osmanova məxsus fərdiyaşayış evindən isə 63 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Həmin şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

İstinadlar Qafqazinfo