Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

O, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu oldugu kimi mənimdə Heydər Əliyev Sarayındaki 3 illik fəaliyyətim sona çatdı. Məni Saraya təyin edən sabiq mədəniyyət naziri cənab Anar Kərimova, mədəniyyət naziri cənab Adil Kərimliyə, Sarayın gözəl kollektivinin hər bir üzvünə, Sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Sizinlə işləmək mənə cox xoş oldu. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”, – deyə Faiq Mirzəyev bildirib.

Qeyd edək ki, F.Mirzəyev 16 iyun 2022-ci ildə direktorun birinci müavini təyin olunmuşdu.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin olunub.

İstinadlar Qafqazinfo