Serroz xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimova qaraciyər köçürüləcək.

Heydər Əliyev Fondu aktyorun müalicəsini  üzərinə götürüb.

Hazırda müalicəsi davam edən Səlimovun analizlərinin cavabı gözlənilir. Donorun analizlərinin cavabları məlum olduqdan sonra aktyora qaraciyər köçürüləcək.

Qeyd edək ki, 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışan Yalçın Səlimov xəstəxanaya cari ilin martında yerləşdirilib.