
Bu gün Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasından 20 il ötür
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında yaradılıb.
Ölkə başçısının diqqət və qayğısı ilə hərbi lisey yarandığı gündən indiyədək mühüm təşkilatlanma və inkişaf yolu keçərək möhkəm maddi-texniki bazaya malik nümunəvi hərbi təhsil müəssisəsinə çevrilib.
Vətəninə, dövlətinə və xalqına sədaqətli, vətənpərvər, tam orta təhsil üzrə yüksək biliklərə malik, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirmək kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları xeyli genişləndirilib. Liseydə kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün lazımi şərait yaradılıb.
Heydər Əliyev adına Hərbi Liseyin pedaqoji kollektivini və kursantları liseyin yaradılmasının 20 illiyi münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!