Mərkəzi Afrika Respublikasında məşhur filosof  Heydər Camalın oğlu, jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüblər.

Bu barədə “Tədqiqatların idarə edilməsi mərkəzi”ndən iki mənbə məlumat ötürüb. Orxan, Kirill və Aleksandr “Vaqner” hərbi şirkəti haqqında sənədli film üzərində işləyirmişlər. Çəkiliş heyətinin öldürülməsi faktını BMT-nin MAR-dakı missiyası və yerli dövlət qulluqçuları da təsdiqləyiblər.

Mənbənin bildirdiyinə görə, rusiyalılar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Onlar Banqi respublikasından Bombariyə gedirmişlər. Məhz bundan sonra baş verənlər bilinmir.

Ölənlərin şəxsiyyəti təsdiq edilib.

 

İstinadlar Dojd, Qafqazinfo