AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, xəsarət alan var
  • Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
  • ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb, ölənlər var
  • Merkel Tokaevlə görüşdə Qazaxıstanın Himnini əyləşərək dinləyib
  • Boliviyanın müvəqqəti dövlət başçısı prezident seçkilərində namizəd olmayacaq
  • ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var
  • Bu gün tətil səbəbindən Parisin 178 məktəbində dərs keçirilməyəcək
  • İranda toyda partlayış zamanı 11 nəfər ölüb, onlarla insan yaralanıb
  • 2 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb
  • Fransada son 25 ildə ən irimiqyaslı etiraz aksiyası keçirilib
  • Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, xəsarət alan var
  • Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
  • ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var
  • Bu gün tətil səbəbindən Parisin 178 məktəbində dərs keçirilməyəcək
  • Fransada son 25 ildə ən irimiqyaslı etiraz aksiyası keçirilib
  • “İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar” – Prezident
  • “Ümid edirəm ki, gənclər də seçkilərə fəal qoşulacaqlar” – Prezident
  • ATƏT-in Minsk Qrupu bəyanat yaydı
  • ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham edib
  • Heydər Əliyev Fondu mükafatlandırıldı
  • Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir
  • Deputat: “Ermənistan cəmiyyəti yaxşı yaşamaq üçün dəyişiklik edib”
  • İlham Əliyev Şamaxı sakininin evində – Fotolar
  • “Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir” – Məmmədyarov
  • Prezident Şamaxıda – Foto
  • Milli Məclis buraxılsa da, bu hallarda toplana bilər
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Həyatı daha zəngin yaşayın! – VİDEO
31/08/2019 11:12
“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video
04/12/2019 18:22
Ukraynada kollec binasında yanğın baş verib – VİDEO
04/12/2019 16:57
Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO
04/12/2019 13:57
Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO
03/12/2019 12:27
Əlilliyi olan şəxslərlə necə davranaq? – Video
03/12/2019 12:14
Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video
02/12/2019 14:42
Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO
02/12/2019 14:00
Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar
02/12/2019 09:52
Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video
01/12/2019 22:22
NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO
01/12/2019 04:52
“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video
30/11/2019 17:22
Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video
30/11/2019 13:32
Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video
30/11/2019 11:23
“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO
29/11/2019 12:49
Angela Merkel konfransda yıxılıb – VİDEO
28/11/2019 20:09
“Azərenerji” Romada qızıl mükafat aldı – Video
28/11/2019 15:47

Video xəbərlər

  • “Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video
  • Ukraynada kollec binasında yanğın baş verib – VİDEO
  • Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO
  • Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO
  • Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Sorğu

  • Sorğu arxivi

Xəbər Lenti

06/12/2019
07:02 Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, xəsarət alan var
06:44 Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
06:42 ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb, ölənlər var
05:57 Merkel Tokaevlə görüşdə Qazaxıstanın Himnini əyləşərək dinləyib
05:12 Boliviyanın müvəqqəti dövlət başçısı prezident seçkilərində namizəd olmayacaq
04:37 ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var
04:34 Bu gün tətil səbəbindən Parisin 178 məktəbində dərs keçirilməyəcək
04:32 İranda toyda partlayış zamanı 11 nəfər ölüb, onlarla insan yaralanıb
02:27 2 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb
01:32 Fransada son 25 ildə ən irimiqyaslı etiraz aksiyası keçirilib
00:07 “İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar” – Prezident
05/12/2019
23:47 “Ümid edirəm ki, gənclər də seçkilərə fəal qoşulacaqlar” – Prezident
23:03 Dünyanın ən bahalı mənzilləri – Fotolar
22:49 ATƏT-in Minsk Qrupu bəyanat yaydı
22:47 ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham edib
22:37 Məmmədyarov Simon Koveneylə görüşdü
22:02 Pelosi bildirdi ki, Trampın impiçmenti siyasətə əlaqə olmur
21:57 Heydər Əliyev Fondu mükafatlandırıldı
21:27 Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir
20:47 Rusiya XİN Bolqarıstan diplomatını “persona-non-qrata” elan edib
20:27 Deputat: “Ermənistan cəmiyyəti yaxşı yaşamaq üçün dəyişiklik edib”
20:02 Prezident “ASAN Həyat”ın açılışında
19:30 Tural Əfəndiyev də namizəd olacaq
19:27 İlham Əliyev Şamaxı sakininin evində – Fotolar
19:02 Prezident Şamaxıda açılışda iştirak etdi
18:47 “Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir” – Məmmədyarov
18:42 Vasif Talıbov dekanı rektor təyin etdi
18:32 Prezident Şamaxıda – Foto
18:22 Bakının bu küçəsi təmirə bağlanır
17:42 Əlibaba Məmmədovla bağlı sərəncam
17:37 “İndi onlar sifətlərini saxlamaq naminə…”
17:27 İmamoğlu “Bloomberg”in siyahısında
17:22 Nazirlər Kabinetində növbəti təyinatlar
17:12 Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər…
17:02 Milli Məclis buraxılsa da, bu hallarda toplana bilər
16:57 Yasamalda naməlum kişi meyiti tapılıb – Foto
16:42 Prezident Parlamenti buraxdı – Seçkini bu tarixə təyin etdi
16:20 “iPhone” smartfonuna barmaq izi skaneri əlavə ediləcək
16:17 Yasamalda şirkətdən 85 minlik domofon apardılar – Fotolar
16:12 Selfi kamerası korpusdan kənara çıxan “Motorola One Hyper” modeli təqdim edilib
15:54 37 yaşlı şəxs su kanalına düşdü
15:37 Bakıda yeniyetmə seyflərdən 40 min apardı
15:32 Zakir Həsənov: “Azərbaycan Pakistanın ərazi bütövlüyünü dəstəkləyir”
15:22 Bu rayonlara qar yağıb
14:57 Deputat oğlunun həbs müddəti uzadıldı
14:52 Tələbə qızlar evə buraxıldı
14:47 Bu kənddə 26 ildir qaz yoxdur…
14:42 Xırdalanın elektrik təchizatı infrastrukturu yenilənir
14:32 Tağıyevin İstanbuldakı villası 17 milyona satılır
14:25 Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Koreyada tədbirdə
14:04 Sinir hüceyrələrini tamamilə əvəz edə biləcək miniatür çip hazırlanıb
14:02 Brin və Peyc “Alphabet”in rəhbər postunu tərk ediblər
13:52 Xanım Qafarovanın qızı Mahsunun filminin qalasında – Fotolar
13:32 Sabah Azərbaycanda 650 min ağac əkiləcək
13:27 Polşada yaşayış binasında partlayış baş verib, 6 nəfər ölüb, 2 nəfər itkin düşüb
13:24 Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi – Fotolar
13:22 Bakı- Qazax yolunda qəzada 5 nəfər yaralandı – Adlar
13:07 BNA bu marşrut xətlərini müsabiqəyə çıxardı
13:04 Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
13:02 Belarus prezidenti: “Biz heç bir dövlətin tərkibinə daxil olmağa hazırlaşmırıq”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Həyatı daha zəngin yaşayın! – VİDEO

Multimedia 31/08/2019 11:12
Paylaş Whatsapp Twitter Facebook A+ A-

“Rich interior” sizə inanılmaz qiymətə Avropa istehsalı olan kafel-metlax hamam mebeli və aksesuarları, santexnika dəstləri, “Scavolini” mətbəx mebeli, ev mebelləri, çılcıraq və divar kağızları, cibinizə uyğun şəkildə əldə etmək imkanı yaradır. 

Siz həmçinin Rich İnteriorun youtube kanalına abunə olaraq məhsulların fərqli videoları ilə geniş şəkildə tanış ola bilərsiniz! 

https://www.youtube.com/channel/UCfwQ0YJ_alF-0OK3-p34b7w?view_as=subscriber

Azərbaycan, Bakı şəh., Nizami r-n, Babək prospekti 31H, AZ1031

http://www.rich-az

( 050 )711 10 10

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video

Multimedia 04/12/2019 18:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: “”Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir”.

“Azəriqaz” həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb.

InstagramdaInstagramda izlə
Twiter-də izlə

Ukraynada kollec binasında yanğın baş verib – VİDEO

Multimedia 04/12/2019 16:57
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Ukraynanın Odessa şəhərində kollec binasında yanğın baş verib.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, yanğın Odessa İqtisad, Hüquq, Mehmanxana, Restoran Biznesi Kollecinə məxsus altımərtəbəli tədris binasının üçüncü mərtəbəsində başlayıb.

2 min kvadratmetr sahəni əhatə edən yanğınla bağlı 40 nəfərdən çox şəxs təxliyyə olunub. Aralarında üç nəfər yanğın xidməti əməkdaşı da olan 13 nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda təxliyyə işləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Multimedia 04/12/2019 13:57
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi Nadir Mehdiyev Xalq artisti Rafael Dadaşovun səhhəti barədə açıqlama verib. 

O, “Səni axtarıram” proqramına telefonla bağlanaraq aktyorun son durumundan danışıb:

“Hazırda vəziyyəti stabildir. Rafael müəllim illər əvvəl bizdə ürəyindən əməliyyat olunub. İndi təngnəfəsliyi olub, xəstəxanaya gətirdilər. Tez müayinədən keçirdik. Aydın oldu ki, təngnəfəslik ürəklə bağlı deyil. Ağciyərlərində də xəstəlik var. Konsultasiya etmişik, özü ilə söhbət etmişik. Reanimasiyada deyil, intensiv terapiya palatasındadır. Vəziyyəti yaxşı olsa, palataya köçürəcəyik”. 

Bundan əlavə, Nadir Mehdiyev Xalq artistinin qızı Səidə Dadaşovanın “xəstəxana pul istəyir” iddiasına da cavab verib: “Dünən zəng vurub dedilər ki, Rafael Dadaşov xəstəxanaya gətirilib. Söylədim ki, heç bir ödəniş alınmayacaq, pulsuz olacaq”. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO

Multimedia 03/12/2019 12:27
Paylaş Whatsapp Twitter Facebook A+ A-

“FOX 10 Phoenix” telekanalı ABŞ Prezidenti Donald Trampın Ağ Evdən ayrılan zaman helikopterlə uçuş öncəsi hərəkətlərinin videosunu paylaşıb.

Jurnalistlərin diqqətini incə məqam çəkib.

Belə ki, D.Tramp helikopterə doğru irəliləyərkən onun birgə uçmalı olan həyat yoldaşı Melaniyanı “unutduğu” iddia edilir. Videoda Trampın yarı yolda ayaq saxladığı və xanımının da gəlməsini gözlədiyi aydın görünür.

Qeyd nedək ki, bu cütlük dəfələrlə çətin vəziyyətlərə düşməsi ilə diqqət mərkəzində olub. Məsələn, Çexiyanın baş naziri Andrey Babişin Ağ Evə səfəri zamanı Tramp fotosessiya üçün onu gözləyən həyat yoldaşını unudub və qonaqla içəriyə daxil olub. Melaniya isə Floridada keçirilən tədbir zamanı həyat yoldaşı ilə şəkil çəkdirməkdən imtina edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Multimedia 03/12/2019 12:14
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Xeyirxah Platforması “Əlilliyi olan şəxslərlə davranış qaydaları”ndan bəhs edən videoçarxı təqdim edib.

Beynəlxalq Əlillər Günü ərəfəsində təqdim olunan videoçarx əlilliyi olan şəxslərlə davranış qaydaları və onlara müraciət formalarını təbliğ etmək, eləcə də bu qaydaların internet üzərindən əlçatanlılığını təmin etmək məqsədilə ərsəyə gətirilib. 

Videoçarxı izləmək üçün linki təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video

Multimedia 02/12/2019 14:42
Paylaş Whatsapp Twitter Facebook A+ A-

SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun 1990-cı illərdə ABŞ-ın “Pizza Hut” restoranlar şəbəkəsinin reklamında rol almağının səbəbi məlum olub.

“The foreign Policy” nəşrinin müxbiri Pol Masqreyv bildirib ki, Qorbaçovun reklamda iştirak etməsinin səbəblərindən biri pula ehtiyacı idi. Keçmiş sovet rəhbərinə böyük bir pensiya təyin olunmuşdu, lakin 1994-cü il hiperinflyasiya onu ayda iki dollara endirdi. Bundan əlavə, Qorbaçov Fondu Rusiyanın o vaxtkı Prezidenti olmuş Boris Yeltsinə qarşı idi.

O zamanlar isə “Pizza Hut” xüsusən də Rusiya bazarında genişlənirdi. Digər pizza restoranları ilə yüksək rəqabət reklam kampaniyasını böyük məbləğdə pul xərcləməyə məcbur edib. Qorbaçov iki şərtlə çəkilməyə razı olub: videonun son ssenarisini şəxsən özü təsdiqləyəcək və kadrda pizza yeməyəcək. O, bunu keçmiş dövlət başçısı olmağı ilə əsaslandırıb. Nəticədə, nəvəsi Anastasiya Qorbaçovla bir reklam çarxında rol alıb.

Qorbaçovun reklamdakı roluna görə aldığı qonorar barədə rəsmi məlumat yoxdur. Ancaq nəşrin hesablamalarına görə, siyasətçi 2019-cu ilin qiymətləri ilə müqayisədə təxminən bir milyon dollar əldə edib.

Oxumağa dəyər:   Prezident Şamaxıda açılışda iştirak etdi

Qeyd edək ki, Mixail Qorbaçovun rol aldığı reklam 1997-ci ildə çəkilib. Videoda müştərilər keçmiş Sovet Prezidentinin siyasətinin nəticələri barədə mübahisə edir, fəaliyyətinə ziddiyyətli qiymətlər bildirirlər. Sonda artıq Qorbaçovun sayəsində pizza yeyə bildikləri ilə razılaşırlar.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO

Multimedia 02/12/2019 14:00
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Təlimlər Raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.

InstagramdaInstagramda izlə
Twiter-də izlə

Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar

Multimedia 02/12/2019 09:52
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.Hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən “Ford” markalı nəqliyyat vasitəsinə dəyib. Daha sonra BMW zərbənin gücündən “Park İNN” otelinin giriş qapısına çırpılıb.

“BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMW əvvəlcə “Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. “Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video

Multimedia 01/12/2019 22:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

İtaliya parlamentində maraqlı anlar yaşanıb.

Millət vəkili Flavio Di Muro çıxışı zamanı sevgilisi Elisa adlı qıza evlənmə təklifi edib. Bu zaman onun sevgilisi ziyarətçilər sırasında əyləşib.

Həmkarları Flavionu alqışlasa da, spiker Roberto Fiko narazılığını bildirib. O, parlamentdə çıxışdan bu məqsədlə istifadə etməyi doğru hesab etməyib.

Qeyd edək ki, Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirəsi zamanı sevgilisinə evlənmə təklifi edib. Onun bu cür davranışı İtaliyada bəziləri tərəfindən xoş qarşılanmayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO

Multimedia 01/12/2019 04:52
Paylaş Whatsapp Twitter Facebook A+ A-

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib.

Bu barədə “France 24” xəbər verib.

O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

Stoltenberq ittifaqın özünü “tarixdə ən güclü və müvəffəqiyyətli” kimi qiymətləndirib.

Onun fikirincə, NATO üzvləri tez dəyişən dünyaya müvəffəqiyyətlə uyğunlaşa biliblər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video

Multimedia 30/11/2019 17:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa Bağlantısının açılış mərasimində çıxış edib.

Ərdoğan çıxışında deyib:

“Ölkələrimiz və bölgəmiz adına tarixi bir ana şahidlik edirik. Bunun regional bir layihə, sülh layihəsi olduğunu da xüsusilə vurğulmaq istərdim. Bu layihə, hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur. TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir.

2012-ci ilin iyunundan TANAP-ın həyata keçməsi üçün böyük əmək sərf olunub. Daxildən və xaricdən qeyri-sabitliyə, regional gərginliyə, hətta qaynar münaqişələrə baxmayaraq, TANAP-ı planlaşdırıldığı kimi irəlilətdik”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video

Multimedia 30/11/2019 13:32
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub.

Saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi “Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub.

Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb.

Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video

Multimedia 30/11/2019 11:23
Paylaş Whatsapp Twitter Facebook A+ A-

YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına şiddətə son!” sosial layihəsi bu il də baş tutub.Tədbir “Liatris Holding”, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamları və media nümayəndələri iştirak edib. Aparıcılıq isə Leyla Quliyevaya həvalə edilib. Tədbirdə öncə Azərbaycanın çağdaş qadın rəssamlarının “Daha gözəl dünya üçün qadına şiddətə son!” adlı sərgisi təqdim olunub.

Aynur Sakitqızı və Gülüstan Qayıbovanın hazırladığı sərgidə 20 xanım rəssamın əsərləri nümayiş olunub. Müxtəlif janrlarda çəkilən əsərlərdə Azərbaycan xanımının rəngli dünyası əks olunub.Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarxlar təqdim olunub.

Kamran Ağabalayevin rejissorluğu ilə ərsəyə gələn “Səssizsiniz” sosial çarxında kişi şiddəti, zorakılıq, qadınların qətlə yetirilməsi xoreoqrafik rəqslə simvolik şəkildə nümayiş olunub.

Qobustanda “Qadın daşı”nın ətrafında, eləcə də, son zamanlarda qadın qətllərinin törədildiyi məkanlarda lentə alınan çarxın çəkilməsinin əsas məqsədi bir daha cəmiyyətin diqqətini bu sosial bəlaya yönəltməkdir.

Oxumağa dəyər:   Milli Məclis buraxılsa da, bu hallarda toplana bilər

Qeyd edək ki, sosial çarxdakı rəqsləri “Jam Group”un üzvləri Rəsul Həsənov və Nigar Soltanova ifa edib.

Növbəti sosial çarx isə atasından şiddət, təhdid görən, qardaşlarından ayrılmaq məcburiyyətində qalan, ən dəhşətlisi isə yaşadığı acılardan, stresslərdən əlil arabasına ömürlük məhkum olan 22 yaşlı Gülmirə Çərkəzlinin həyatına həsr olunub. 

Üçüncü sosial çarxın qəhrəmanı həyatındakı bütün çətinliklərə, ağrı-acılara baxmayaraq ayaqda qalan, əlacsız xəstəliyə belə baş əyməyən əzmi, yaşamaq istəyi ilə hər kəsə örnək olacaq “Yuğ” Teatrının aktrisası Zümrüd Qasımovadır.

Aktrisa bu çarxda həmcinslərinə “heç nə həyatınızdan önəmli deyil”, “heç kim üçün həyatından vaz keçmə” mesajını ötürür.

Tədbirdə təqdim olunacaq sonuncu sosial çarx isə “Üzr istəyirik” adlanır. Bu çarxda cəmiyyətin tanınmış şəxsləri- yazıçı, jurnalist, şair, aktyor, idmançı kişiləri qadınlara göstərilən hər cür zorakılıq, şiddətə görə Azərbaycan kişisi adından üzr istəyiblər. Bu çarx, eyni zamanda, əsl Azərbaycan kişisinin qadınına təzyiq göstərən, onu döyüb-söyən yox, övladlarını çox sevən ata, gözəl ailə başçısı, sədaqətli həyat yoldaşı olduğunu diqqətə çatdırmaq məqsədi daşıyır.

Oxumağa dəyər:   Bu marşrutun yolu dəyişir

Tədbirdə sosial çarxların təqdimatıyla yanaşı, layihənin təşəbbüskarı və təşkilatçısı “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyeva çıxış edib. O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına həmişə böyük dəyər verilib, şəninə xoş sözlər söylənib: “Qadın hər zaman “Cənnət anaların ayağı altındadır”, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” kimi ifadələrlə anılıb. Həm dini, həm də mental dəyərlərimiz qadına və qadın hüquqlarına hər zaman hörmət tələb edir.

Amma reallıq bir qədər başqadır. Reallıq bizi təəssüf doğuran səhnələrə, hadisələrə şahid edir. Qadınlar döyülür, təhdid, təhqir olunur, öldürülür…

Artıq 4 ildir ard-arda cəmiyyətimizi bu sosial bəla ilə mübarizəyə səsləyən sosial layihə həyata keçirirəm. Bu il isə “Qadına şiddətə son!”-a daha ciddi ehtiyac duyulduğu qənaətindəyəm. Çünki son zamanlar cəmiyyətimizdə qadınlarımıza qarşı daha amansız davranışlar, övladlarının gözü qarşısında qətlə yetirilmələr, fiziki, mənəvi alçaldılmalarla bağlı xəbərlər alırıq. Bu da məni həm vətəndaş, həm Azərbaycan xanımı, həm ana kimi çox narahat edir.

Oxumağa dəyər:   Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu

Bu səbəbdən də cəmiyyətimizin ictimai-siyasi xadimləri, millət vəkilləri, ziyalıları, söz və sənət adamlarını bir daha bu məsələnin müzakirəsinə dəvət etdim. Düşünürəm ki, bu dəfəki layihəmiz qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan işə təhfələr verəcək”.

Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Araz Babayev, millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva və başqa elm və incəsənət xadimlərinin də çıxışı olub.

Video, Məmmədov






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO

Multimedia 29/11/2019 12:49
Paylaş Whatsapp Twitter Facebook A+ A-

İzləyicilər tərəfindən çox sevilən və xeyli müddətdir ki, böyük maraqla davamı gözlənilən “Qarabağ üçün oxu” layihəsinin 3-cü hissəsinin kastinqi başlayır.

Layihənin rəhbəri Ramal Rəsuldur.  “Məndən bəlkə də yüzlərlə, minlərlə dəfə soruşublar ki, “Qarabağ üçün oxu”nun üçüncü hissəsi nə vaxt hazır olacaq? Nəhayət, bizi gözləyənlərə müjdə verə bilərəm: az qaldı, ən uzağı 3 aya sizə elə bir musiqi ziyafəti təqdim edəcəyik ki, dadı uzun zaman damağınızdan getməyəcək,- deyə R. Rəsul AzVision-az-a bildirib.

Layihədə iştirak etmək istəyənlər

[email protected]

https://www.facebook.com/qarabaguchunoxu

https://www.instagram.com/qarabag_uchun_oxu

ünvanlarına yaza, yaxud, layihəni rəhbəri Rəmal Rəsulla (0557536787) əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin əvvəlki iki buraxılışı youtube-da 2.1 milyon baxış toplayaraq, böyük marağa və rəğbətə səbəb olmuşdu. Həmin videoları da bir daha sizə təqdim edirik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Angela Merkel konfransda yıxılıb – VİDEO

Multimedia 28/11/2019 20:09
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Almaniya kansleri Angela Merkel Berlində keçirilən Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik Konfransında büdrəyərək yıxılıb.

Kansler səhnəyə çıxarkən büdrəyib və yıxılıb, amma tez ayağa qalxaraq mikrofon önünə keçib.

Bundan sonra A.Merkel zarafatla pilləkənləri görmədiyini və növbəti dəfə onlardan mütləq istifadə edəcəyini deyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Azərenerji” Romada qızıl mükafat aldı – Video

Multimedia 28/11/2019 15:47
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Dünya miqyasında müəssisələr üzrə keyfiyyət və davamlı inkişafa nail olunmanı araşdıran və Avropanın nüfuzlu Qeyri Hökümət Təşkilatları tərəfindən dəstəklənən Fransanın “Otherways Group” Menecment və Konsaltinq Assossasiyası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini “2019-cu ildə keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafata” layiq görüb. 

24-25 noyabr tarixlərində İtaliyanın Roma şəhərində keçirilən tədbirdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini Xarici iqtisadi əlaqələr idarəsinin rəisi Əli Abbasovla İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev təmsil ediblər. Beləliklə, Fransa, Yaponiya, Yunanıstan və digər 24 ölkənin hökumət və böyük səhmləri dövlətdə olan müəssisələrindən biri də Azərbaycandan olub. MDB ölkələrindən isə yalnız Ukrayna, Gütcüstan və Azərbaycan mükafata layiq görülüb. 

Tədbirdə Prezident İlham Əliyevin energetika strategiyasına uyğun olaraq son illərdə enerjinin istehsalı, ötürülməsi, paylanması və idarəedilməsi sahəsində aparılan inkişaf, islahat, tikinti, o cümlədən “Reabilitasiya Proqramı” çərçivəsində həyata keçirilən yenidənqurma işləri barədə iştirakçılara geniş məlumat verilib.   

Oxumağa dəyər:   Yasamalda şirkətdən 85 minlik domofon apardılar - Fotolar

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Həmçinin baxın

Multimedia 04/12/2019 18:22

“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video

Read more
Multimedia 04/12/2019 16:57

Ukraynada kollec binasında yanğın baş verib – VİDEO

Read more
Multimedia 04/12/2019 13:57

Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Read more
Multimedia 03/12/2019 12:27

Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO

Read more
Multimedia 03/12/2019 12:14

Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Read more
Multimedia 02/12/2019 14:42

Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video

Read more
Multimedia 02/12/2019 14:00

Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO

Read more
Multimedia 02/12/2019 09:52

Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar

Read more
Multimedia 01/12/2019 22:22

Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video

Read more
Multimedia 01/12/2019 04:52

NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO

Read more
Multimedia 30/11/2019 17:22

“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video

Read more
Multimedia 30/11/2019 13:32

Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video

Read more
Multimedia 30/11/2019 11:23

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video

Read more
Multimedia 29/11/2019 12:49

“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO

Read more
Multimedia 28/11/2019 20:09

Angela Merkel konfransda yıxılıb – VİDEO

Read more
Multimedia 28/11/2019 15:47

“Azərenerji” Romada qızıl mükafat aldı – Video

Read more
Multimedia 27/11/2019 16:02

FHN dəm qazıyla bağlı müraciət yaydı – Video

Read more
Multimedia 26/11/2019 11:17

Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər – Video

Read more
Multimedia 26/11/2019 01:32

Aksiyanın keçirildiyi küçədə şam edən Zurabişvili fitə basıldı – Video

Read more
Multimedia 25/11/2019 17:45

Kılıçdaroğlunun sözlərinə reaksiyasından sonra məşhurlaşdı… – VİDEO

Read more
Multimedia 25/11/2019 17:42

İranlı mühacirlər Almaniyada etiraz aksiyası keçirib – VİDEO

Read more
Multimedia 25/11/2019 11:55

“La Skala”nın solistləri Bakıda – Fotolar + Video

Read more
Multimedia 24/11/2019 15:37

Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə olub – VİDEO

Read more
Multimedia 22/11/2019 13:28

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb – VİDEO

Read more
Multimedia 21/11/2019 12:02

“Azərenerji” SES-lərdə yeni sistem yaradır – Video

Read more
Multimedia 21/11/2019 12:02

“Azərenerji” SES-lərdə yeni sistem yaradır – Video

Read more
Multimedia 20/11/2019 23:47

Boliviyada aksiyalarda Moralesin 3 tərəfdarı öldürülüb, onlarla yaralı var – VİDEO

Read more
Multimedia 20/11/2019 16:52

Əfqanıstan İŞİD-i məğlub etdi – Aralarında Azərbaycan vətəndaşları da var+ Video

Read more
Multimedia 20/11/2019 03:52

Avropalıların Sami Yusufun “Nəsimi” kompozisiyasına reaksiyası – Video

Read more
Multimedia 19/11/2019 14:02

“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib – VİDEO

Read more
Multimedia 16/11/2019 13:22

Oktay Kaynarca da Bakıya gəlir – VİDEO

Read more
Multimedia 15/11/2019 10:47

Azərbaycanın Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir – VİDEO

Read more
Multimedia 15/11/2019 06:37

ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub – VİDEO

Read more
Multimedia 14/11/2019 15:42

Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir – VİDEO

Read more
Multimedia 14/11/2019 12:50

Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı – VİDEO

Read more
Multimedia 14/11/2019 08:57

Əfsanəvi aktrisa vəfat etdi – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2019 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla