
Rusiyanın Həştərxan vilayətində narkotik maddədən kütləvi zəhərlənmə baş verib.
Bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 17-dən noyabrın 21-dək olan müddətdə müvafiq xəstəxanaya 19 nəfər narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri ilə qəbul edilib.