İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün sentyabrın 23-də ABŞ-a səfər edəcək.

Məlumatı İran KİV-i yayıb.

Sentyabrın 20-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Nyu-Yorka yola düşüb. Onun Baş Assambleyanın sessiyası çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də başlayıb.

İstinadlar Report