İran Prezidenti Həsən Ruhani BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi anti-İran qətnamə layihəsinin geri qaytarılmasını “Vaşinqtonun rüsvayçı məğlubiyyyəti” olaraq dəyərləndirib.

Milli Koronavirusla Mübarizə və Qabaqlaması Qərargahlarının sessiyasında nitq söyləyən dövlət başçısı bunu ABŞ-ın beynəlxalq təcridə məruz qalacağının əlaməti olaraq qiymətləndirib.

Bununla yanaşı, dörd tankerlərinin ABŞ tərəfindən ələ keçirilməsinə dair xəbərlərinin yalan olduğunu dilə gətirən İran prezidenti bunun da həmin “rüsvayçı məğlubiyyəti ört-basdır etmək məqsədilə” uydurulduğunu, əslində həmin gəmilərin İrana aidiyyatlı olmadığını söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı silah embarqosunun uzadılmasına dair ABŞ-ın təqdim etdiyi qətnamə layihəsinə 11 bitərəf olmaqla iki səs lehinə, iki səs də əleyhinə verilməklə qəbul olunmayıb.

İstinadlar Report