İran prezidenti Həsən Ruhani məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Ruhani Rəisinin ofisinə gedərək onu təbrik edib”, – məlumatda deyilir.

Bundan başqa, iki siyasətçinin birgə şəkli də dərc olunub.