Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının xarici sortlardan asılılıq səviyyəsi yüksəkdir.
Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.
Bildirilir ki, 2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınan yeni sortların 88,1-93 % intervalında olan hissəsi xarici sortlar olub ki, bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas göstəricilərindəndir.