“Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi  Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

O bildirib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.