Ermənilərin təxribatları zamanı həlak olanların meyitlərinin ailələrə verilməsində xeyli işlər görülüb.

Bu barədə Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

O, qeyd edib ki, Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılaraq, qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb: “Bunun nəticəsində 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin eyni dövründə təkrar müraciətlərin sayı artmamış, ümumilikdə, müraciətlərin sayı isə azalmışdır ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır”.

İstinadlar Report