“Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində göstərdiyi mövqe alyansa üzv olan digər ölkələrin də PKK, YPG və FETÖ-yə qarşı konkret və barışmaz reaksiya göstərməsini təmin etmək məqsədi daşıyır”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.

Ekspert qeyd edib ki, NATO bu məsələdə Türkiyənin mənafeyi istiqamətində siyasi-hərbi mövqe ortaya qoyacağı təqdirdə real müdafiə paktından danışa bilərik:

“Bizim məqsədimiz İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq, yaxud bunun hesabına cüzi qazanclar əldə etmək deyil. Vacib məsələ ondan ibarətdir ki, real, qalıcı, qarşılıqlı güvənə və mənafeyə söykənən həmlələrlə isbatlı müttəfiqliyi formalaşdıra bilməkdir”

İstinadlar Report