“Yarış çox gərgin və yüksək səviyyədə keçirildi. İştirakçılar həm yarışın gedişi, həm də mənəvi kütləvi tədbirlərdən tam istifadə etdilər”.

Bu fikirləri Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanının müavini, birinci dərəcəli kapitan Sübhan Bəkirov deyib.

O, “Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin bağlanış mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda olan yarış iştirakçıları paytaxtımızın tarixi, mədəniyyəti ilə yaxından tanış olublar: “Eyni zamanda ekipajla gəmi heyətləri bu yarışlarda bilmədikləri texnikaların, silahların, döyüş hazırlığı planlarının bir-birinə ötürülməsi, öyrənilməsindən bəhrələndilər. Hesab edirəm ki, bundan sonra da keçirilən yarışlarda Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri ancaq dostluq, bir-birinə texnikaların, gəmilərin döyüş hazırlığının sirlərinin öyrənməsinə xidmət edəcək. Bundan sonra bütün gəmi ekipajları qarşıda qoyulan bütün döyüş tapşırıqlarına həmişə hazır olacaqlar və Xəzər dənizinə heç bir hərbi müdaxiləyə imkan verməyəcəklər”.

S.Bəkirov qeyd edib ki, yarışda dostluq qalib gəlib.

İstinadlar Report