Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülkü şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.


İstinadlar Qafqazinfo