Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi zamanı xüsusi fəallığı ilə seçilən müəllim Pərvin Əliyevin bioqrafiyasını təqdim edirik.

Pərvin Şahin oğlu Əliyev 1988-ci ildə anadan olub. 1995-ci ildə Bakı şəhəri 110 nömrəli tam orta məktəbə gedən P.Əliyev 2003-cü ildən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra leytenant rütbəsi ilə ordu sıralarında xidmət edib. P.Əliyev 2013-cü ildə xidməti vəzifəsinin icrası zamanı başından yaralanıb.

Baş leytenant P.Əliyev 2018-ci ildən paytaxtdakı 110 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır. Üç övlad atası olan P.Əliyev Vətən Müharibəsi zamanı çağırışçıların ön cəbhəyə çatdırılmasında yaxından iştirak edib.

Vətən Müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimizin qəhrəmanlıqları ilə bir dastan yazdığını deyən P.Əliyev bu qələbəmizdən gələcək nəsillərin də örnək ala biləcəyindən əmindir.

 





İstinadlar Qafqazinfo