Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin “Russia Today” telekanalının və “Sputnik” xəbər agentliyinin baş redaktoru olan erməni əsilli  Marqarita Simonyanı yüksək dövlət mükafatı olan “Aleksandr Nevski” ordeni ilə təltif edib.

Kreml sarayında təşkil olunan təltifolunma mərasimində Vladimir Putinlə Marqarita Simonyan arasında maraqlı dialoq qeydə alınıb. “Kommersant” qəzetinin əməkdaşı Andrey Kolesnikovun yazdığı məqalədə qeyd olunur ki, mərasim zamanı Vladimir Putin Marqarita Simonyana alkoqollu içki icməyi qadağan edib.

Putin Marqarita Simonyanın hamilə olduğuna işarə edərək bildirib ki, sən içki içə bilməzsən. Daha sonra Putin əlavə edib ki, artıq mən bunun planlı olduğunu düşünürəm, çünki hər dəfə qarşılaşdığımızda hamilə olursan. Marqarita Simonyan isə zarafatla bildirib ki, bunu planlı şəkildə etmir.
Görüş zamanı Putin soruşub ki, sənin üçün hansı daha vacibdir – uşaqlar yoxsa orden? Simonyan isə deyib ki, onun üçün əsas odur ki, böyüdəcəyi uşaqlar da bu zalda orden alsınlar.
“Kommersant” qəzetinin əməkdaşı  onu da bildirib ki, dialoq zamanı Vladimir Putin Marqarita Simonyana “Sən” deyə xitab edib.
Məlumat üçün bildirək ki, Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir. Onların bir qızı və bir oğlu var.

İstinadlar Tərcümə yeniavaz