“Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlayıb. Onların hər birinin müasir protez təminatı həyata keçiriləcək”.

Bu barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ildə ölkənin bütün regonlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilmiş, yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verildiyini deyib.

Nazir bildirib ki, 2021-ci ildə daha 4 belə mərkəzin açılması nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə onlardan birinin – ölkədə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının fevralın 25-də açılışı olub. Ümumilikdə, yaradılmış potensial ildə artıq 30 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərməyə imkan verir.

 

İstinadlar Qafqazinfo