Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ölkəsində məcburi həqiqi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalayıb.

Nazir bildirib ki, sözügedən məsələ ilə bağlı parlament müvafiq qanun qəbul edə bilməyib: “Bu, mənə imkan verir ki, təşəbbüsü öz əlimə götürüm və şəxsən qərar verim. Sizin qarşınızda məcburi həqiqi hərbi xidmətin ləğvi ilə bağlı sərəncam imzalayıram”.