ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalarla bağlı birgə bəyanatla çıxış ediblər.

Həmsədrlər Yerevan və Bakını əsaslı danışıqları davam etdirməyə və müşahidəçiləri yenidən qəbul etməyə çağırıblar.

“Minsk Qrupunun həmsədrləri tərəfləri tezliklə danışıqları bərpa etməyə çağırır, ATƏT müşahidəçilərinin vəziyyət əl verən kimi regiona qayıtmalarının vacibliyini qeyd edir”, – deyə bəyanatda bildirilir.