Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.

Bu Agentlikdən məlumat verilib. Bildirilir ki, sözügedən uşaqlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə reabilitasiya prosesi keçəcəklər: “Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək”. 

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb. İlkin məlumata görə, uşaqların anası Gülnarə Cavadovanın koronavirus səbəbi ilə xəstəxanada olduğu bildirilsə də, sonrada bu, təsdiqini tapmayıb. Ana bildirib ki, o, nişan mərasimində olduğu vaxt tanımadığı qadın evinə gəlib, uşaqların videosunu çəkərək yayıb. 


İstinadlar Qafqazinfo