AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Ərdoğan: “İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik”
  • Avstraliya Rusiyaya PUA verdiyinə görə İrana yeni sanksiyalar tətbiq edib
  • Prezident: “Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır”
  • Saakaşvilinin son görüntüləri yayıldı – Fotolar
  • Vahid Ələkbərov bir aya 2,5 milyard dollar qazanıb
  • Prezident səfirliyimizdə törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını bildirib
  • Mövlud Çavuşoğlu İsveçdə Quranın yandırılmasının məqsədini açıqlayıb
  • Sabah hava necə keçəcək?
  • İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detallar açıqlayıb
  • Qiymət artımı rayonlararası avtobuslarda da aiddir
  • Prezident: “Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır”
  • Saakaşvilinin son görüntüləri yayıldı – Fotolar
  • Prezident səfirliyimizdə törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını bildirib
  • Mövlud Çavuşoğlu İsveçdə Quranın yandırılmasının məqsədini açıqlayıb
  • Ekspert: “Tehrandakı səfirliyə hücum Azərbaycan-İran münasibətlərinə ziyan vurdu”
  • Şəhid övladları İstanbulda “Qış düşərgəsi”ndə – Fotolar
  • Nəsimidə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı tədbir keçirildi – Fotolar
  • Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər
  • Elçin Quliyevlə İsrailin müdafiə nazirinin telefon danışığı olub
  • Ermənistan KİV: “Paşinyan rəhbər işçiləri vəzifəsindən azad edəcək”
  • “Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır” – Deputat
  • “Tehran səfirliyimizə hücum uzun müddət hazırlanıb”
  • Orxan Məmmədov: “Aqrar sahədə klasterləşmə işləri sürətləndirilməlidir”
  • Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub
  • İranın 39 ‘məzhəbçi agenti’ saxlandıldı – DİN-dən əməliyyat
  • Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Həmin qazi pulu bu məqsədlə toplayırmış – Video
07/12/2022 10:02
Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO
01/02/2023 10:50
Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO
31/01/2023 13:34
“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video
31/01/2023 10:41
Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir
31/01/2023 10:07
Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video
31/01/2023 01:20
18 ildir kişi kimi yaşayır… – Video
30/01/2023 21:49
“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video
30/01/2023 16:21
Amerikalı müğənni vəfat etdi – VİDEO
30/01/2023 09:56
Yaralılar Bakıya belə gətirildi – Video
29/01/2023 22:53
Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
29/01/2023 17:56
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
29/01/2023 17:47
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
29/01/2023 15:04
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO
29/01/2023 06:59
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
28/01/2023 10:47
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
28/01/2023 10:30
“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
28/01/2023 09:32

Video xəbərlər

  • Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO
  • Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO
  • “İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video
  • Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir
  • Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

01/02/2023
14:11 Ərdoğan: “İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik”
13:56 Avstraliya Rusiyaya PUA verdiyinə görə İrana yeni sanksiyalar tətbiq edib
13:47 Prezident: “Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır”
13:44 Saakaşvilinin son görüntüləri yayıldı – Fotolar
13:41 Vahid Ələkbərov bir aya 2,5 milyard dollar qazanıb
13:28 Prezident səfirliyimizdə törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını bildirib
13:27 Mövlud Çavuşoğlu İsveçdə Quranın yandırılmasının məqsədini açıqlayıb
13:26 Sabah hava necə keçəcək?
13:22 İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detallar açıqlayıb
13:20 Qiymət artımı rayonlararası avtobuslarda da aiddir
13:13 Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparklar yaradılır
13:11 Ukrayna Təhlükəsizlik Xidməti Kolomoyskinin evində axtarışlara başlayıb
13:09 Ekspert: “Tehrandakı səfirliyə hücum Azərbaycan-İran münasibətlərinə ziyan vurdu”
13:08 “Diş həkimlərinin maaşına baxılmalıdır”
13:05 Türkiyə XİN başçısı İsveç və Finlandiyaya çağırış edib
13:05 Azərbaycan Özbəkistanla klasterlərinin yaradılması ilə bağlı investorlarla danışıqlar aparır
13:02 Şəhid övladları İstanbulda “Qış düşərgəsi”ndə – Fotolar
12:59 Mövlud Çavuşoğlu: “Sülh Ukrayna üçün ədalətli olmalıdır”
12:56 İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiqlənib
12:55 Fevralın hava proqnozu açıqlandı
12:54 Nəsimidə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı tədbir keçirildi – Fotolar
12:52 MM işçilərin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı xərc çəkməməsi barədə layihəni I oxunuşda qəbul edib
12:50 Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər
12:40 Elçin Quliyevlə İsrailin müdafiə nazirinin telefon danışığı olub
12:38 Qərbi Azərbaycandan olan qaçqınların statusuna yenidən baxılması təklif edilir
12:37 Azərbaycandakı İran Milli Bankı bağlana bilərmi?
12:35 Elşad Nuriyev: “Aqroparkların reyestrinin yaradılması işləri yekunlaşdırılıb”
12:32 Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
12:31 “Lombardlardan şikayətlər çoxdur”
12:29 Azərbaycanın axtarışa verdiyi şəxs İranda tutuldu
12:26 Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
12:11 Ermənistan KİV: “Paşinyan rəhbər işçiləri vəzifəsindən azad edəcək”
12:09 Siyavuş Novruzov: “Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalıdır”
12:08 “Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır” – Deputat
12:04 Zahid Oruc: “Tarixi torpaqlar haqqında” qanun layihəsi hazırlanmalıdır”
12:02 “Tehran səfirliyimizə hücum uzun müddət hazırlanıb”
11:53 Dövlət Miqrasiya Xidmətində yeni təyinat
11:44 Bakıda intiharın qarşısı alınıb
11:41 Milli Məclisin deputatları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib
11:38 Orxan Məmmədov: “Aqrar sahədə klasterləşmə işləri sürətləndirilməlidir”
11:36 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
11:33 Bayden Polşada Zelenski ilə görüşə bilər
11:31 Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub
11:29 İranın 39 ‘məzhəbçi agenti’ saxlandıldı – DİN-dən əməliyyat
11:20 Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək
11:17 Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib
11:16 Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
11:14 Azərbaycanın kənd təsərrüfatı 2027-ci ilədək hər il orta hesabla 4 % artacaq
11:11 Parlamentin yaz sessiyasının ilk iclasında Tehrandakı terror qınanılıb
11:05 Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
10:56 Orxan Məmmədov: “Yeni “ağıllı” icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir”
10:55 Nazir müavini: “Kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün əlverişli deyil”
10:53 TBMM üzvlərinin testi pozitiv çıxdı, Prezident onlayn görüşdü
10:50 Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO
10:41 DİN-dən stadiondakı bıçaqlanma xəbərinə – Reaksiya
10:38 Nizami rayonunda Gənclər Günü qeyd olundu – Fotolar
10:29 İrlandiya parlamentinin komitə sədri: “Azərbaycanın İrandakı səfirliyinə hücum qəti şəkildə pislənməlidir”
10:23 “Azəristiliktəchizat”ın rəhbəri Ağcabədidə vətəndaşları qəbul edəcək
10:20 Ukrayna ordusu Rusiyanın daha 920 hərbçisini məhv edib
10:11 Xankəndidən Laçın istiqamətinə sülhməramlıların daha 3 avtomobili maneəsiz keçib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Həmin qazi pulu bu məqsədlə toplayırmış – Video

Multimedia 07/12/2022 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb.

Sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia edilib ki, bloqer Elçin Ləmbəranski onun pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib. 

Məsələ ilə bağlı E.Ləmbəranski açıqlama verib. O qeyd edib ki, metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib: “Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın”. 

Görüntülərlə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib: “Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir. Yardımdırsa, yardım toplama forması bu deyil. Məsələ araşdırılır”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Hadisə 01/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda səkiyə çırpılan avtomobil yanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “Toyota” markalı minik avtomobilində yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Hadisə 31/01/2023 13:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Multimedia 31/01/2023 10:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”. 

Bu şikayətlə “Qafqazinfo”ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: “Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”.

4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: “Mənim ADİU-ya İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl atdan ərizə yığıblar ki, guya onları təhqir etmişəm”. 

Oxumağa dəyər:   İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub

İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: “Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”. 

Lamiyə Məmmədova

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Xəbər 31/01/2023 10:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.

Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.

Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Multimedia 31/01/2023 01:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.

Şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.

Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.

Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.

Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

18 ildir kişi kimi yaşayır… – Video

Multimedia 30/01/2023 21:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.

Adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.

Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.

8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi isə hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.

Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Multimedia 30/01/2023 16:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektinin Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində həftədə 2-3 qəza hadisəsi baş verir. Artıq o yoldan istifadə etməyə qorxuruq”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, ən son yanvarın 28-də iki qəza baş verib: “Bu qəzalara səbəb işıqforun olmamasıdır. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun mütəxəssisləri qeyd olunan yol kəsişməsində təhlillər aparıb və svetofor obyektinin quraşdırılması məqsədəuyğun hesab edilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün Dövlət Yol Polisinə təqdim ediləcək. Həmçinin, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsində zəruri olan yol nişanları da təmin olunacaq”.

Oxumağa dəyər:   İctimai nəqliyyatda yeni tariflər - Cədvəl

Lamiyə Məmmədova

 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Amerikalı müğənni vəfat etdi – VİDEO

Multimedia 30/01/2023 09:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Amerikalı müğənni Barrett Stronq yanvarın 29-da dünyasını dəyişib.

Bu barədə “Motown Records” səsyazma kompaniyasının muzeyi tviterdə bildirib.

O, 81 yaşında vəfat edib.

Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda “Money” mahnısını yazdırıb. Sözügedən mahnı bir müddət sonra rok klassikasına çevrilib. Onu “The Beatles” və “The Rolling Stones” kimi qruplar da ifa edib. 2011-ci ildə “Rolling Stone” jurnalı kompozisiyanı bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında 294-cü yerə layiq görüb.  

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yaralılar Bakıya belə gətirildi – Video

Multimedia 29/01/2023 22:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşları da Bakıya gətirilib.

“Qafqazinfo” Heydər Əliyev Beynəlxalq Hava Limanından həmin anın görüntülərini təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Multimedia 29/01/2023 17:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasim iştirakçılarına Vətən müharibəsi şəhidinin ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Multimedia 29/01/2023 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına E.Şükürlünün ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxumağa dəyər:   Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək

Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 29/01/2023 15:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Multimedia 29/01/2023 06:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin xanımı Kəmalə Allahyarova bir neçə ay əvvəl Şahin Allahyarovun şəhadətə qovuşduğu Şuşanı ziyarət edib.

“Qafqazinfo” şəhidin xanımının Şuşa təəssüratları ilə bağlı yazısını təqdim edir.

Son bir ildə dəfələrlə Şuşaya getməyi arzulamışdım. Amma həm də, tərəddüd edirdim. Öz-özümə suallar verirdim: Görəsən, o müqəddəs məkana getməyə hazırammı? 

Bir anlıq gözümü yumub özümü hələ yalnız televizorda, internetdəki videolarda gördüyüm sıldırım qayaların zirvəsində, Cıdır düzündə, İsa bulağında təsəvvür edirdim. Ürəyim əsirdi, gözlərim dolurdu, qəribə bir həyəcan basırdı məni. 

Şuşa mənim üçün təkcə Zəfər tariximiz, Qarabağın incisi, müqəddəs torpaq deyildi. Şuşanı mənim üçün daha da müqəddəsləşdirən şəhidimin – həyat yoldaşım Şahin Allahyarovun son döyüş ünvanı, son nəfəsini verdiyi yer, şəhadətə qovuşduğu məkan olması idi. Yüzlərlə qəhrəmanımız, şəhidimiz kimi, mənim Şahinimin də qanı bu müqəddəs torpağa tökülmüşdü.

Elə bilirdim, Şuşaya ayaq basanda Şahinin ruhu məni qarşılayacaq, məni salamlayacaq. Bunları xəyal etdikcə, daha çox duyğulanırdım, daha çox həyəcanlanırdım. 

Oxumağa dəyər:   AP Rusiyaya qarşı 10-cu sanksiyalar paketinin dərhal qəbul edilməsinə çağırıb

Aradan keçən uzun zamandan sonra nəhayət cəsarətimi toplayıb, Şuşaya gedəcəyimə qərar verdim. Gün təyin olundu və bizim Bakıdan yola düşməyimiz üçün məkan seçildi. Bu məkandan Şuşaya yola düşənlərin hamısını birləşdirən də Şuşa idi. Müqəddəs məkana üz tutanlar şəhid ailələri, həm də əzizini bu müqəddəs şəhər uğrunda gedən döyüşlərdə şəhid vermiş ailələr idi. 

Kimisi övladını, kimisi qardaşını, kimisi də həyat yoldaşını şəhid vermişdi. Bu gün biz hamımız bu doğma və müqəddəs məkana əziz şəhidlərimizin ruhunu salamlamağa gedirdik. Onların necə bir yerdə döyüşdüklərini, qəhrəmanlıqlarını, şəhadətə qovuşma anlarını görməyə, hiss etməyə gedirdik.

Biz həyəcanlandıqca, sanki zaman keçmək bilmirdi. 

İşğaldan azad olunmuş, ermənilərin viran qoyduğu torpaqlara daxil olduqca, Şuşaya yaxınlaşdıqca həyəcanım artırdı. Dağlı, dərəli, piyada keçilməsi çox çətin olan bu torpaqları gördükcə, dəhşətə gəlirdim. Bizim saatlardır maşınla getdiyimiz və bitməyən bu əraziləri bizim əzizlərimiz necə gəlmişdilər? Günlərlə ac-susuz, yorğun amma bir an belə dayanmadan, güllələrin altında hər an ölə biləcəklərini gözə alaraq, bir addım belə geriyə atmadan bu çətin relyefli əraziləri necə keçmişdilər? 

Bu oğullar necə böyük bir sevgiylə bu Vətəni sevirmişlər, İlahi! Hər qarışına şəhidlərimizin qanı tökülmüş, hər qarışı can, qan bahasına azad olunan bu torpaqlardan keçdikcə, Şahinin böyük Vətən sevgisini daha dərindən anlamağa çalışıram və ona, şəhidimlə birgə bu torpaqlarda canından keçmiş igidlərimizə heyranlığım daha da artır. Gözlərimi yumub bir anlıq burada gedən qanlı döyüşləri xəyal etməyə çalışıram, xəyal etdiklərim belə məni dəhşətə gətirir, tez gözlərimi açıram.

Oxumağa dəyər:   Bakıda səkiyə çırpılan avtomobil yanıb - VİDEO

Bələdçi elan edir: Şuşaya yaxınlaşırıq! Həyəcanım bir qədər də artır, gözlərim dolur. Qızğın döyüşlər vaxtı Şahinin bir telefon zəngində dediyi sözlər yadıma düşür: “Qalib gələk, müharibə qurtarsın, səni Şuşaya gəzməyə gətirəcəm!”. 

Hıçqırtı məni boğur, hönkürmək istəyirəm, birtəhər özümü sakitləşdirirəm. Şuşaya daxil oluruq – 30 il həsrəti ilə yanıb-yaxıldığımız, şəninə mahnılar, dastanlar yazılan, sıldırım qayaları adamı vahimələndirən, yaşıl meşələri göz oxşayan müqəddəs şəhərə. Mənfur düşmən nə qədər darmadağın etsə də, Şuşa mahnılarda, şeirlərdə deyildiyi kimi gözəldir, əzəmətlidir, vüqarlıdır. 

Öz müdrikliyindən bircə damcı da əksiltməyib, şəhid qanı daha da müqəddəsləşdirib bu gözəl diyarı. Qarabağın gözü, Azərbaycanın Cənnət diyarı Şuşa! Hər zaman kitablardan oxuduğum Şuşanı artıq canlı-canlı görürdüm. İşğal olunduğu tarix mənim yaşımdan belə böyükdür. 

Avtobus Şuşanın dolambaclı, əsrarəngiz küçələrini keçərək, bizi əvvəldən müəyyən edilən əraziyə doğru aparır. Avtobusun pəncərəsindən baxdıqca, hər küçədə, hər evin qapısında müharibənin izləri görünür. Burda döyüşən Azərbaycan oğulları öz izlərini, imzalarını qoyublar. Adlar, rayon adları, müxtəlif rəmzlər hamısı qanlı döyüşlərdən bir xatirədir, hamısı bir qəhrəmanlıq dastanıdır. Düşünürəm, görəsən bu yazını yazanlar sağdırmı, yoxsa onlar da Şahin kimi son nəfəslərini bu torpaqda verib. Yenə hönkürürəm və pıçıldayıram: “Şahin, mən gəlmişəm, sən gətirməsən də, özüm gəldim. Bəs, sən özün hardasan, görmürəm axı səni??”.

Oxumağa dəyər:   Lənkəranda evdə kişi meyiti tapılıb

Avtobus dağların üzük qaşı kimi dövrəyə aldığı Cıdır düzünə yaxınlaşır. Burada bizi üçrəngli müqəddəs şanlı bayrağımız və bayrağın keşiyində dayanan igid Azərbaycan əsgəri qarşılayır. Mənzərə o qədər əzəmətlidir ki, hamımız heyrətdən donub qalırıq. 

Artıq burdayam-həyat yoldaşımı şəhid verdiyim yerdəyəm. Aylardır arzuladığım və böyük ümidlərlə gəldiyim yer. Qəribə hisslər keçirirəm- ən böyük arzusuna çatmış adam kimi sevincliyəm, son ümidini itirmiş adam kimi kədərliyəm. Bir an mənə elə gəldi ki, Şahin Şuşanın səmasından mənə baxır, üzündə də bir sevinc, hüzur var. Sanki mənim də ürəyimə bir rahatlıq gəldi, sakitləşdim.

Sən mənim üçün, balaların üçün, Vətənin üçün hər zaman yaşayacaqsan, Şahin! Mən bilirəm ki sən yenə də Vətənin keşiyindəsən. Bu dəfə səngərdə olmasan da, səmadan qoruyursan Vətənini!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Hadisə 28/01/2023 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Oxumağa dəyər:   Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı açıqlama verib

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Multimedia 28/01/2023 10:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Multimedia 28/01/2023 09:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.

TV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.

Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 01/02/2023 10:50

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Read more
Hadisə 31/01/2023 13:34

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 31/01/2023 10:41

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Read more
Xəbər 31/01/2023 10:07

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Read more
Multimedia 31/01/2023 01:20

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Read more
Multimedia 30/01/2023 21:49

18 ildir kişi kimi yaşayır… – Video

Read more
Multimedia 30/01/2023 16:21

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Read more
Multimedia 30/01/2023 09:56

Amerikalı müğənni vəfat etdi – VİDEO

Read more
Multimedia 29/01/2023 22:53

Yaralılar Bakıya belə gətirildi – Video

Read more
Multimedia 29/01/2023 17:56

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Read more
Multimedia 29/01/2023 17:47

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Read more
Multimedia 29/01/2023 15:04

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 29/01/2023 06:59

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Read more
Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
Multimedia 26/01/2023 15:30

Daha 34 qazi polisdə işə qəbul edildi

Read more
Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
Multimedia 23/01/2023 10:59

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Read more
Multimedia 23/01/2023 09:29

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla