“Gənc olanda hami istəyirdi ki, “Neftçi”yə düşsün. Bu məqsədi qarşıma qoymuşdum. Fikirləşirdim, buna nail olsam, başqa heç nə istəmirəm. Bu, bir uğur”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, kiçik uğurlar böyük uğurun təməlini qoyur: “Sonra milli komandaya düşdüm. Bunları əldə etdikcə fikirləşirdim ki, başqasını da edə bilərəm”.

Qurbanov karyerasında bir neçə maraqlı anın olduğunu açıqlayıb: “”Rosenborq”la səfərdə 0:0 oynamışdıq və cavab oyunu Ağdamın işğalı günü idi. Həmin oyundan əvvəl olan ajiotaj çox idi və həyatımda, məşqçi karyeramda gərgin günlərimdən biri idi. Hamı bilirdi ki, mütləq udmalıyıq, insanlar gözləyirdi. Elə gün idi ki, həyatımı verməyə hazır idim. Məşqçi təcrübəm çox deyildi. Yadımdan çıxmayacaq matç oldu. Baxmayaraq ki, çempionluqlar var, avrokuboklarda qruplara düşmüşük. “Rosenborq” qələbəsi heç vaxt yadımdan çıxmayacaq. Ən böyük uğurum “Rosenborq”a qalib gəlmək idi. Heç vaxt insanları həmingünkü kimi sevinən görməmişəm. Elə həyəcanlı olduğumu hiss etməmişdim. Baxmayaraq ki, sonradan güclü klublara qarşı oynamışıq, qalib gəlmişik”.