Sosial şəbəkələrdə işıqforun sellofanla “təmir edildiyi”ni əks etdirən görüntülər yayılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məsələyə aydınlıq gətirərək həmin fotonun Tərtərdə çəkildiyini bildirib.

“Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib”, – NİİM rəsmisi qeyd edib.

İstinadlar Qafqazinfo