“Qanunsuz AXC-Müsavat hakimiyyəti dövründə vəziyyət daha da faciəvi olub”.

Bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qeyri-peşəkar və gerizəkalı Xarici İşlər Nazirliyi rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı dünya ictimaiyyətində tamamilə yanlış fikir formalaşırdı. Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. Həmin illərdə ölkəmizin imicinə yarıtmaz xarici siyasət nəticəsində çox ciddi və aradan qaldırılması üçün uzun illər lazım gələcək zərərlər yetirildi”, – deyə komitə sədri bildirib.

Daxilqızı

İstinadlar Qafqazinfo