“Taliban” və digər əfqan silahlı birləşmələrinin nümayəndələri ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş vermiş silsilə terror aktlarında iştirak etməyib.

Bu barədə Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai bildirib.

“Mən əminliklə deyə bilərəm ki, nə “Taliban”, nə də hər hansı başqa əfqan təşkilatı bu terror aktları ilə hər hansı əlaqəyə malikdir. Nyu-York, Vaşinqton faciəsi bütün Amerika üçün faciə oldu, o cümlədən bizim üçün. Amma mən dəqiq deyə bilərəm ki, Əfqanıstan bütün şəraitin qurbanı oldu”, – Kərzai deyib.

İstinadlar Report