Amerikada həmcinsi ilə evlənən azərbaycanlı jurnalist boşanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu ilin fevralında həmcinsi ilə evlənən Natiq Atakişiyev (Nailəoğlu) həyat yoldaşından ayrılıb.

Xatırladaq ki, Amerikada yaşayan azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) telejurnalist Endryu Kordner adlı həmcinsi ilə nikaha girmişdi.

Qeyd edək ki, Natiq uzun müddət Azərbaycanda  ANS televiziyasında çalışıb. Bir müddət əvvəl isə o, REAL TV tərəfindən Amerikaya müxbir kimi ezam olunub.

Hazırda başqa bir xarici media qurumunda müxbiri kimi fəaliyyət göstərir.