
HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının bərpası zərurəti bəhanəsi ilə anklavda yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini rədd edib.
Bu barədə hərəkatın nümayəndəsi İzzət əl-Rişkanın HƏMAS-ın rəsmi teleqram kanalında dərc edilmiş bəyanatında deyilir.
“Biz ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsindəki bizim Fələstin xalqımızı bərpa bəhanəsi ilə öz vətənini tərk etməyə çağıran bəyanatını rədd edirik”, – mətndə qeyd olunur.