Qəzza zolağında atəşkəs və israilli girovların fələstinli məhbuslarla mübadiləsi haqqında razılaşmanın icrasının davam etdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

Bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosunun yüksək vəzifəli üzvü Hüsam Bədran TASS-ın müxbirinə telefonla bildirib.

“Sazişin bütün müddəaları və təfərrüatları aydındır. Problem İsrail hakimiyyətinin sazişin həyata keçirilməsi zamanı yol verdiyi pozuntu və sui-istifadə halları ilə bağlıdır”, – o qeyd edib.

İstinadlar Report