
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başladığını elan edib.
Bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadidin HƏMAS-ın teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.
O bildirib ki, Qəzzada atəşkəslə bağlı danışıqların yeni raundu başlayıb və HƏMAS onlara tam məsuliyyətlə yanaşacaq.