Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın nümayəndələri İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşma çərçivəsində beşinci girov qrupunu azad etməyə hazırlaşır.

3 israilli məhbusun müqabilində 183 fələstinli məhbus azad ediləcək.

Məhkumların dəyişdirilməsinin anklavın mərkəzindəki Deyr əl-Bələh şəhərində olacağı planlaşdırılır.

Qeyd edək ki, dünən HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə azad ediləcək 3 israilli məhbusun adlarını da açıqlamışdı.

İstinadlar Report