Fələstinin HƏMAS hərəkatının tərəfdarları İsrailin Nuseyrat qaçqın düşərgəsindən dörd həmvətənini azad etmək əməliyyatından sonra Qəzzada saxlanılan girovların sayını artıracaqları ilə hədələyir.

Müvafiq bəyanat radikalların rəsmi teleqram kanalında dərc olunub.

“İsrail hərbçilərinin 8 aydan sonra girovlarından bir neçəsini azad etdiyini elan etməsi onların Qəzzada strateji məğlubiyyətə uğraması faktını dəyişmir: biz hələ də xeyli sayda girov saxlayırıq və onların sayını daha da artırmağa qadirik”, – bəyanatda vurğulanıb.

İstinadlar Report