
Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.
Onun videomüraciəti Qətərin “Al Jazeera” telekanalı tərəfindən yayımlanıb.
“HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır”, – əl-Həyya deyib.
O, həmçinin bildirib ki, İsrailin son təklifində “məqbul olmayan şərtlər” var.