Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.

Müvafiq bəyanatı “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.

Onun sözlərinə görə, Bibas ailəsinin üzvləri və Oded Lifşitsin meyiti cümə axşamı qarşı tərəfə təhvil veriləcək: “Onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub”.

İstinadlar Report