Fələstinin HƏMAS hərəkatı fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bir vaxtda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün pozuntulara görə məsuliyyəti İsrail iqtidarının üzərinə qoyub.

Müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.

“Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir – xüsusilə də Ər-Rəşid oxu boyunca (Qəzzanın cənub-qərbində dəniz sahili boyunca uzanır – red.) məcburi köçkünlərin anklavın cənubundan şimala qayıtmasına icazə vermir. Bu baxımdan HƏMAS razılaşmanın pozulmasına və onun nəticələrinə görə məsuliyyəti İsrailin üzərinə qoyur”, – sənəddə qeyd olunub.

İstinadlar Report