DSX-yə məxsus  Mİ-17 markalı helikopterin qəzaya uğraması faktı ilə əlaqədar Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən, zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstinadlar Qafqazinfo