Suriyanın Hələb vilayətində üsyançıların telekommunikasiya infrastrukturuna hücumları nəticəsində telefon əlaqəsi kəsilib.
Bu barədə Suriyanın milli operatoru “Syrian Telecom” sosial şəbəkədəki səhifəsində bildirib.
“Syrian Telecom” mərkəzi və şimal bölgədəki telefon stansiyalarına terror hücumları nəticəsində rabitənin dayandırıldığı barədə Hələb vilayətinin sakinlərinə məlumat verməyə məcburdur”, – məlumatda deyilir.