“Əvvəllər tibb müəssisələrində həkimlərin 400 AZN civarında olan orta əməkhaqqı hazırda 2000 AZN-ə qədər qalxıb”.

Bu barədə Xidmətlər Zərfinin təqdimat mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, bu sahədə ciddi inkişaf var: “Bu inkişaf daha da davam edəcək. Bizim maliyyəmiz ildən-ilə artır”.

Z.Əliyev bildirib ki, gələcəkdə dərman təminatınının icbari tibbi sığorta çərçivəsində həll olunması hədəflənir.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo