Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17 min 804 manat və 60 dollar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6 350, 3 min, 2 min, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.