Həftəsonu hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftəsonuna olan hava proqnozunu açıqlayıb.

Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 6-11, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Lakin yanvarın 13-də axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 13-də axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.

Oxumağa dəyər:   Vladimir Putinin canlı yayımı haker hücumuna məruz qalıb

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 13-də gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi yanvarın 13-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.

İstinadlar Qafqazinfo

Həftəsonu hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri üçün hava proqnozunu açıqlayıb.

Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 17-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın maksimal temperaturu 17-19 dərəcə isti təşkil edəcək.

Oxumağa dəyər:   Bu ərazidə rənglənmə olacaq

İstinadlar Qafqazinfo

Həftəsonu hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bu bölgədə gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 07-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, okytabrın 06-sı gündüz, 07-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

Oxumağa dəyər:   Vladimir Putinin canlı yayımı haker hücumuna məruz qalıb

İstinadlar Qafqazinfo