“İndi yaşadığım evi Həci alıb. Mən necə deyim ki, özüm almışam? Kişinin oğlu o boyda ev alıb axı”.

Azərbaycan 24 xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu efirdə deyib.

“Çox çalışıram, pul qazanıram. Lakin bədxərcəm. Zinət əşyalarına, geyimə çox pul verirəm. Başım çıxmasa da, ən bahalı telefonu alıram. Amma milyonum da olsa, Həcinin 100 manatı elə bərəkətlidir, elə şirindir ki… Hərdən mənə deyir ki, yaxşı ki, boynuna alırsan. Əslində, bu gün kişinin qazancına ehtiyacım yoxdur. Amma o, pul verəndə şirin olur”, – deyə xanım ifaçı həyat yoldaşının qazancından bəhs edib.