
Həcc ziyarəti adı ilə dələduzluq edən iki rusiyalı Səudiyyə Ərəbistanında həbsxanaya göndərilib.
Bu barədə Rusiya Həcc missiyasının rəhbəri Xizbula Asuyev bildirib.
O qeyd edib ki, Rusiya vətəndaşlarından biri Ciddə ilə Məkkə arasında saxlanılıb, ona 1 il 10 ay həbs cəzası verilib. İkincisi həbsdədir, onun taleyi hazırda məlum deyil.