Gənc rəssam Nəzrin Nəcəfovanın ‘Azərbaycan 24’ə müsahibəsi:

– Nəzrin xanım, ilk öncə özünüz haqda qısaca məlumat verərdiz. Neçə ildir rəssamlıqla məşğulsuz? Sizdə bu sahəyə maraq necə yarandı?

– Mən Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Moda ixtisası üzrə məzunuyam. Uşaqlıqdan rəssamlıqla məşğulam. Hər zaman marağım olub, çünki atamın da çox gözəl rəssamlıq qabiliyyəti var və həmişə gözəl şəkillər çəkərdi. Mən də baxıb o şəkillərdən ilhamlanardım.

– Rəsmlərinizin əsas motivləri nələrdir?

– Hər mövzuda rəsmlərim var və daha çox dəniz mənzərəsi çəkməyi sevirəm.

– Yeri gəlmişkən, bu yaxında Misirdə sərgidə iştirak etmisiz və təltif olunmusuz. Bu barədə ətraflı məlumat verərdiz.

– Bəli,  İslam Baxşəliyevin təşkilatçılığı ilə hər il bir çox ölkələrdə sərgilərimiz keçirilir.Bu, bizim üçün çox əhəmiyyətli, məsuliyyətli və həyəcanverici bir işdir. Çünki həm xaricilər bizim əsərlərimizlə yaxından tanış olurlar, həm də istəsələr onları öz evlərinin bəzəyi edirlər. Bu da bizi sevindirir və sənətimizə olan sevgimizi daha da artırır. Bu dəfə də Misirin Qahirə şəhərində möhtəşəm sərgimiz keçirildi. Bu, artıq İslam müəllimin xarici ölkələrdə keçirdiyi 20-ci yubiley sərgisi idi. Azərbaycanın Misirdəki səfiri, çox hörmətli Tural Rzayev bizə sertifikatlarımızı təqdim etdi və uğurlar dilədi. Həmçinin sərgidə Misirin mədəniyyət naziri və bir çox rəsmi şəxslər də iştirak edirdilər.

Oxumağa dəyər:   Goranboyda 46 yaşlı kişini ilan sancdı

– Ən uğurlu rəsm işiniz hansıdır?

– Bütün rəsmlərim mənə doğmadır və mənim üçün uğurludur. Onları bir-birindən ayırmıram.

– Karikatura sahəsi ilə də maraqlanırsınız? Bu sahədə özünüzü sınamısınız?

– Karikatura sahəsi çox maraqlıdır, lakin bir o qədər də düşündürücüdür. Maraqlanmamışam, amma izləməyi çox sevirəm.

– Bəs özünüzü necə, öz rəsminizi çəkmisiz?

– Xeyr, özümü çəkməmişəm amma gələcəkdə fikrim var.

– Rəssam, sevgilimin rəsmini gəl çək,

  Sevgilim gözəldir, sən də gözəl çək,

  Nazına çatanda fırçadan əl çək,

  Qoy onun nazını mən özüm çəkim.

Müşfiqin bu misralarını rəsmə çevirmək mümkündür? İlk ağlınıza gələn obrazı təsvir edərdiz.

– Təbii ki, mümkündür (gülür). Hər bir rəssam özü fikirləşdiyi, düşündüyü, hiss etdiyi formada bu misraları rəsmə çevirə bilər, eləcə də mən. Elə indi mənə bir ideya vermiş oldunuz, bəlkə bunu kətana köçürdüm. Ona görə də təsvir etdiyim obraz gizli qalsın.

Oxumağa dəyər:   Atəşkəs pozuldu - 1 türk əsgəri şəhid oldu

– Necə hesab edirsiz, Azərbaycanda rəssamlıq gəlirli işdir, yoxsa daha çox hobbi kimidir?

– Əlbəttə ki, gəlirli işdir.

– Rəssamlıqda idealınız kimdir və gələcəklə bağlı nə arzularınız var?

– Bir çox rəssamları özümə nümunə götürürəm, istər Azərbaycandan, istərsə də xaricdən. Hamısının işlərini izləyirəm və nələrsə öyrənirəm. Gələcəklə bağlı çox arzularım var, İnşallah hamısı gerçəkləşər.

– Sizi niyə mediada ‘Mələkxanım Əyyubovanın gizlətdiyi qızı’ adlandırlar? Ananızın məşhurluğu ilə deyil, öz gücünüzlə tanınmaq istəyirsiz, ya bu sadəcə medianın şişirtməsidir?

– Məncə, bu, ondan qaynaqlanır ki, biz heç vaxt göz önündə olmağı sevməmişik: nə mən, nə də ki, bacı-qardaşlarım. Anam da həmçinin xoşlamayıb. Anamın məşhurluğu ilə tanınmaq özü belə gözəl, qürurverici hissdir, çünki mən anamla fəxr edirəm. Amma təbii ki, öz sənətimlə də gələcəkdə tanınmağı çox istəyərəm.

– Sizə ‘Mələkxanımın özündən gözəl qızı’ deyirlər. Bu fikirlə razısınız?

Oxumağa dəyər:   Honkonqda növbəti razılaşdırılmamış aksiya keçirilir

– Razı deyiləm. Anamın gözəlliyindən yoxdur.

– Rəssamlığa marağı və istedadı olan uşaqlara məsləhətiniz?

– Əgər həqiqətən maraqları və istedadları varsa, bunu inkişaf etdirsinlər və daim öz üzərlərində çalışsınlar.

Müsahibə üçün təşəkkür edirik.