Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün səhər saatlarında baş verən zəlzələni heç özünün hiss etmədiyini bildirib.

O, bu barədə bu gün keçirdiyi brifinqdə deyib.

Q. Yetirmişli əlavə edib ki, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur: “Bu gün heç özüm də zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo