
Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Deputatın əmisi, professor Qəzənfər Paşayev “Manset-az”a açıqlamasında qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib:
“Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!”, – deyə Q.Paşayev bildirib.