Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV ilə yollarını ayırandan sonra işsiz qalıb.

Komandası ilə birlikdə “Xəzər”i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.

Onun ARB-yə keçəcəyilə bağlı xəbərlər yayılsa da, sonardan təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumatlı şəxsin sözlərinə görə, “Səni axtarıram”ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqdəmən Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.

İstinadlar Y/sabah